Vasif Durarbəyli Türkiyədə bürünc qazandı
Türkiyədə keçirilən şahmat üzrə “Kalde Masters” beynəlxalq turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, 6 zəka sahibinin iştirakı ilə gərgin keçən yarışda Azərbaycan milli komandasının üzvü Vasif Durarbəyli bürünc medala sahib olub.
10 oyuna 8 xal toplayan həmyerlimiz ilk 2 pillədə qərarlaşan Qrant Melkumyan (Ermənistan) və Sergey Jiqalkodan (Belarus) 0,5 xal geri qalıb.
Qeyd edək ki, turnirdə bu şahmatçılarla yanaşı, erməni Lilit Mkrtçyan və türkiyəli Əmrə Canla Mərt Ərdoğdu da qüvvəsini sınayıb.