00:00 14-12-2011
news_image
1281
DÖYÜŞ NÖVLƏRİ

5 boksçumuz Avropa çempionatının yarımfinalında

Rusiyanın paytaxtı Moskvada boks üzrə tələbələr arasında Avropa çempionatı davam edir. Boks Federasiyasından apasport.az saytına verilən xəbərə görə, ötən gün milli komandamızın daha bir üzvü qələbə qazanaraq, yarımfinala vəsiqə qazanıb.

64 kq çəki dərəcəsində mübarizə aparan Elnur Zeynalovun irlandiyalı Rohan Deytlə görüşü 13:13 hesabı ilə başa çatıb. Ancaq hakimlər qələbəni daha fəal döyüşən həmyerlimizə veriblər. Zeynalov dekabrın 14-də keçiriləcək yarımfinalda rusiyalı Ruslan Urixlə qarşılaşacaq.

Yarımfinal mərhələsində milli komandamızın daha 4 üzvü gücünü sınayacaq. Kamran Məlikov (52 kq) ukraynalı Denis Yaşukla, Şaban Şahpələngov (56 kq) ukraynalı Dmitri Rudenkoyla, Rauf Rəhimov (81 kq) rusiyalı Tahir Pirdamovla, Fərid Paşayev (91+kq) isə yunanıstanlı Yevgenios Lazaridislə üz-üzə gələcək.

Xatırladaq ki, yarışda Azərbaycan boksçularından başqa, Rusiya, Belarus, Danimarka, Latviya, Litva, Polşa, İrlandiya, İslandiya, Fransa, Ukrayna, Yunanıstan, Moldova, Estoniya və İsveç idmançıları iştirak edir.