18:45 14-12-2011
news_image
925
STOLÜSTÜ OYUNLAR

Bakılı qrossmeyster assosiasiya prezidenti seçildi

Bakının SOCAR şahmat klubunun üzvü Emil Sutovski prezident seçilib. Apasport.az saytının məlumatına görə, paytaxtımızda doğulan, lakin İsraildə yaşayan və bu ölkənin vətəndaşlığını qəbul edən qrossmeyster Peşəkar Şahmatçıların Assosiasiyasının (PŞA) rəhbəri təyin edilib.

Onun namizədliyi PŞA-nın şurasının iclasında irəli sürülüb və təsdiqlənib.

Qeyd edək ki, Sutovski oktyabrda Sloveniyanın Roqaska Slatina şəhərində baş tutan klublararası Avropa çempionatında SOCAR-la gümüş medal qazanıb.