22:01 14-12-2011
news_image

“Baku Fires”in heyəti dəyişdirildi

Dekabrın 17-də “Sərhədçi” Olimpiya İdman Mərkəzində Ümumdünya Boks Seriyasının (WSB) V turunun döyüşləri keçiriləcək. Apasport.az saytının xəbərinə görə, saat 20:00-da başlayacaq görüşdə təmsilçimiz “Baku Fires” Meksikanın “Mexico City Guerreros” komandası ilə qarşılaşacaq. Artıq hər iki komandanın heyətləri məlum olub.

Baku Fires – Mexico City Guerreros

54 kq. Qairbek Qermaxanov (Azərbaycan) – Aaron Alameda (Meksika)
61 kq. Mədadi Naqzibəyov (Tacikistan) – Xurşıd Tocibayev (Özbəkistan)
73 kq. Heybulla Mürsəlov (Azərbaycan) – Uilyam Uilyams (ABŞ)
85 kq. Azamat Murtuzəliyev (Azərbaycan) – Kennedi Katende (İsveç)
+91 kq. Hacı Murtuzəliyev (Azərbaycan) – Xorxe Kuinonyes (Ekvador)

WSB-nın reqlamentinə asasən, boksçular döyüşdən sonra 12 gün ərzində rinqə çıxa bilməzlər. Ona görə də “Leipzig Leopards”ı (5:0) məğlub edən “Baku Fires”in heyəti tam dəyişdirilib.

Meksikalılarla matça hazırlaşan beş boksçumuzdan hamısı bu mövsümdə hərəyə iki döyüş keçiriblər. Qairbek Qermaxanov, Mədadi Naqzibəyov və Azamat Murtuzəliyev iki dəfə qalib gəliblər, Heybulla Mürsəlovun aktivində bir qələbə bir məğlubiyyət var, Hacı Murtuzəliyev isə hər iki döyüşdə uduzub.

Turnir cədvəli:
1. Baku Fires – 12 xal, döyüşlərin fərqi - 16-4 (4 matç)
2. Leipzig Leopards – 9, 13-7 (4)
3. Mexico City Guerreros – 7, 11-8 (4)
4. Paris United – 4, 5-9 (3)
5. Beijing Dragons – 3, 3-12 (3)
6. Istanbul Bosphorus – 2, 6-14 (4)

Dekabrın 16-da «В» qrupunda daha iki matç baş tutacaq: Istanbul Bosphorus (Türkiyə) – Beijing Dragons (Çin) və Leipzig Leopards (Almaniya) – Paris United (Fransa).