12:40 15-12-2011
news_image
1822
STOLÜSTÜ OYUNLAR

Məmmədyarovu Kollinaya bənzətdilər - FOTOSESSİYA

Çinin paytaxtı Pekində davam edən “SportAccord” Dünya İntellektual Oyunlarının iştirakçıları maraqlı ampluada çıxış ediblər. Apasport.az-ın məlumatına görə, yarşının rəsmi saytı onların bəzilərini xasiyyətlərinə və tutduqları mövqeyə uyğun olaraq dəyərləndirib.

Belə ki, Vüqar Həşimovla Şəhriyar Məmmədyarov mübarizə apardığı yarış iştirakçıları məşhur similara və heyvanlara bənzədilib. Bunu tərtib edən asiyalılar həmyerlilərimizdən yalnız birinə öz siyahısında yer verib. Onlar Məmmədyarovu dünyanın ən məşhur futbol hakimlərindən biri olan Pyerluici Kollinaya bənzədiblər. Qrossmeysterimiz sərtliyi, tez bir zamanda qərar qəbul etməsi və lazımı anda müəyyən nəticə cıxardığı üçün italiyalını xatırladır.

Məsələn, burada zəka sahibləri, həmçinin Vladimir Lenin, Hilari Klinton, Carli Çaplin, eşşək, şir, müqəva və digərləri ilə müqayisə olunublar.

Qeyd edək ki, sabah başa çatacaq 5 növ üzrə keçirilən turnirdə hələlik Vüqar Həşimov gümüş (rapid), Şəhriyar Məmmədyarov isə bürünc (blits) medal qazanıb. İştirakçılar dama, bridj, qo və ksianq (Çin daması) üzrə də qalibləri müəyyənləşdirəcəklər.