14:27 15-12-2011
news_image

Avropa Taekvondo Birliyinin prezidenti Bakıya gəldi

Avropa Taekvondo Birliyinin (ETU) prezidenti Atanasios Praqalos Bakıya gəlib. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, 2 ay öncə növbəti dəfə ETU başçısı seçilən qonaq taekvondonun son durumu ilə tanış olmaq məqsədilə ölkəmizdə səfərdədir.

2 günlük səfərdə Praqalos Qəbələdə yeni istifadəyə verilən regional mərkəzlə də tanış olacaq.

Qeyd edək ki, ölkəmizə intensiv səfər edən beynəlxalq idman təşkilatlarının rəhbərlərindən ETU prezidenti son dəfə yay aylarında Olimpiya lisenziyalı turniri izləmək üçün Bakıda olub.