12:51 16-12-2011
news_image
2236
STOLÜSTÜ OYUNLAR

Ceki Çana oxşayan azərbaycanlı – FOTO

Çinin paytaxtı Pekində davam edən “SportAccord” Dünya İntellektual Oyunlarının digər iştirakçılarının da “oxşarları” müəyyənləşib. Apasport.az-ın məlumatına görə, yarışının rəsmi saytı Şəhriyar Məmmədyarovun ardından Vüqar Həşimovun da bənzərini tapıblar.

Belə ki, asiyalılar qrossmeysterimizi məşhur Hollivud ulduzu Ceki Çanla müqayisə ediblər. Onlar bunu Həşimovun oyunlarda etdiyi gedişlər zamanı tez qərar verməsi, sonacan mübarizə aparmasını və zarafatlarından qalmaması ilə əlaqələndiriblər.

II fotossesiyada şahmatçılar həmçinin, Demi Mur, Kuk Norris, qartal, kəpənək, uşaqlı ana və digərlərinə bənzədilib.

Qeyd edək ki, bir gün öncə Şəhriyar Məmmədyarov məşhur italiyalı referi Pyerluici Kolinaya bənzədilmişdi.