12:53 16-12-2011
news_image
1844
DÖYÜŞ NÖVLƏRİ

Türkiyəli məşqçi futbol oynayan zaman öldü

Türkiyənin sərbəst güləş üzrə milli komandasının baş məşqçisi Fəvzi Şəkər qəflətən dünyasını dəyişib. Apasport.az saytının məlumatına görə, ölkə tarixində öz yeri olan çalışdırıcı futbol oynayan zaman ölüb.

Belə ki, Şəkər yığmaya Avropa çempionatı üçün Elmandağ Hazırlıq Mərkəzində məşq keçdikdən sonra yetirmələri ilə futbol oynamağa qərar verib. Lakin burada onun yıxılması həyatı bahasına başa gəlib.

Veteran pəhləvan təcili Elmandağ xəstəxanasına, ardından isə təcili yardım maşını ilə Yüksək İhtisas Xəstəxanasına aparılsa da, onu həyata qaytarmaq mümkün olmayıb. 49 yaşlı Şəkərin infarktdan vəfat etdiyi bildirilir.