10:20 17-12-2011
news_image
975
STOLÜSTÜ OYUNLAR

Qrossmeysterlərimiz Çindən 1 gümüş, 2 bürünclə qayıdırlar

Pekinin paytaxtı Çində keçirilən “SportAccord” Dünya İntellektual Oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, iştirakçılar proqrama uyğun olaraq sonuncu gündə gözübağlı sürətli şahmat üzrə qüvvələrini sınayıblar.

Maraqlı keçən görüşlərdən sonra Vüqar Həşimov 5 xal toplayıb. O, Maksim Vaşye-Laqrav (Fransa) və Zoltan Almaşi (Macarıstan) ilə eyni xal yığmasına baxmayaraq, əlavə göstəricilərə görə bürünc medala layiq görülüb.

Yarışda mübarizə aparan digər qrossmeysterimiz Şəhriyar Məmmədyarov isə 3,5 xalla 7-ci olub.

Qeyd edək ki, bundan öncə zəka sahiblərimizdən Həşimov gümüş (rapid), Şəhriyar Məmmədyarov isə bürünc (blits) medal qazanmışdılar.