13:32 17-12-2011
news_image

Yığmamız Rusiya Kuboku uğrunda yarışacaq

Dekabrın 17-18-də Rusiyanın Çexov şəhərində sərbəst güləş üzrə qadınlar arasında Rusiya Kuboku uğrunda açıq çempionat keçiriləcək. Apasport.az saytının məlumatına görə, çempionatda qadın güləşi üzrə milli komandamızın 5 üzvü iştirak edəcək.

Baş məşqçi Rövşən Umudovun rəhbərliyi altında çempionata Anjela Doroqan, Patimat Baqomedova (hər ikisi 51 kq), Gözəl Zutova, Anna Belyayeva (hər ikisi 63 kq) və Natalya Palamarçuk (72 kq) yollanıb.