17:33 17-12-2011
news_image
1139
STOLÜSTÜ OYUNLAR

Həmyerlilərimizə İspaniyadan dəvət

Dekabrın 23-31-də İspaniyanın Saraqosa şəhərində şahmat üzrə “Open Agusta Aragon Stadium Casablanca” turnirini keçiriləcək. Apasport.az saytının məlumatına görə, 8 min avro mükafat fondu olan yarışda Azərbaycanı Azər Mirzəyev (2510) və Bəhruz Rzayev (2313) təmsil edəcəklər.

Turnirin reytinq-favoriti bolqarıstanlı Kiril Georgiyevdir (2666). Qalib 9 turun yekununa əsasən müəyyənləşəcək.