11:00 19-12-2011
news_image
757
STOLÜSTÜ OYUNLAR

32-nin ardınca 53

Polşanın paytaxtı Varşavada keçirilən şahmatın rapid və blits növü üzrə Avropa çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, həmyerlimiz Vasif Durarbəylinin (2539) mübarizə apardığı yarışın sonuncu günündə zəka sahibləri ən güclü sürətli şahmat oynayanları müəyyənləşdiriblər.

Təəssüf ki, təmsilçimiz blits növündə olduğu kimi rapiddə də mükafatçılar sırasına düşə bilməyib. O, 25 ölkədən 370-dən artıq şahmatçının qüvvəsini sınadığı turnirdə 13 tura 9 xal toplayıb və 53-cü yeri tutub.

Çempionatın qalibi isə 11 xal yığan Baadur Jobava (Gürcüstün, 2678) olub. İkinci və üçüncü yerləri isə müvafiq olaraq, Viktor Erdos (Macarıstan, 2623) və Anton Korobov (Ukrayna, 2660) tutublar.

Qeyd edək ki, Durarbəyli blits növündə 32-ci olmuşdu.