10:40 20-12-2011
news_image
736
DİGƏR NÖVLƏR

“Topaz” təqdim edir: Hokkeydən qazanaraq, həzz alın

Şimali Amerikaya kütləvi köçün qarşısını almaq üçün ruslar nəhayət ki, uzun müddət sonra kəsərli layihə təqdim edə bildilər. Apasport.az saytının məlumatına görə, keçmiş SSRİ-nin hokkey ənənəsini yaşatmaq, eyni zamanda amerikalıların məşhur Milli Hokkey Liqasına zərbə vurmaq üçün Kontinental Hokkey Liqası təsis edildi.

İlk illərində bu çempionata yalnız Rusiya, Qazaxıstan və Belarus komandaları maraq göstərsə də, az sonra Slovakiya və Latviya təmsilçiləri də can atmağa başladı. Bir sözlə, ruslar qısa müddət ərzində öz istəklərini qismən reallaşdıra bildi. Hazırda Skandinaviya ölkələri, eləcə də Çexiya və qitənin digər hokkey ölkələri də KHL-ə qoşulmaq variantını götür-qoy edirlər. “Topaz” sizlərə imkan verir ki, adları çəkilən ölkələrdən əvvəl sizlər bu birinciliyə qoşulasız. Qoşulasız və qazanasız.

“Topaz”ın proqramında KHL-in qarşılaşmalarına yer verməsində məqsədi ölkəmizdəki hokkeysevərləri sevindirməkdi. Əminik ki, hokkeydən qazandıqca, onu daha çox sevəcəksiz. Hokkeydən qazanmaq isə olduqca asandı. Bunun üçün komandaların çıxışlarını təqib etməniz yetərlidi. Çünki hokkeydə sürprizin qeydə alınma ehtimalı çox deyil. Odur ki, “Topaz” məntəqələrinə gələrkən, hokkey proqramına nəzər salıb, ondan yararlanmağı unutmayın.

Xatırladaq ki, ölkəmizdə ilk və tək qanuni idman mərc oyunları operatoru olan “Topaz”, öz iştirakçılarının uduşlarına dövlət təminatı verir və 18 yaşına çatmamış şəxslərin mərclərini qəbul etmir.