11:32 20-12-2011
news_image

Rusiya Kubokunda 1 gümüş

Rusiyanın Çexov şəhərində sərbəst güləş üzrə qadınlar arasında Rusiya Kuboku uğrunda açıq çempionat başa çatıb. Apasport.az saytının məlumatına görə, çempionatda qadın güləşi üzrə Azərbaycan yığma komandasının 5 üzvü iştirak edib.

Onlardan Patimat Baqomedova Vətənə medalla dönüb. Təmsilçimiz 51 kq çəki dərəcəsində yalnız finalda rusiyalı Yekaterina Krasnovaya uduzaraq, gümüş mükafata sahib olub.

Qeyd edək ki, Baqomedova ilə yanaşı Çexovda, baş məşqçi Rövşən Umudovun rəhbərliyi altında Anjela Doroqan (51 kq), Gözəl Zutova, Anna Belyayeva (hər ikisi 63 kq) və Natalya Palamarçuk (72 kq) mübarizə aparıblar.