12:33 20-12-2011
news_image
1058
DİGƏR NÖVLƏR

Türkiyəli nazir: Azərbaycandan cavab gözləyirik

“Ramil Quliyevin komandamızın formasını geyinməsi ilə bağlı cəhdlərimiz davam edir. Azərbaycan tərəfi ilə təmasdayıq”. Apasport.az saytının məlumatına görə, bunu Türkiyənin gənclər və idman naziri Suat Kılıç deyib.

Nazir 2011-ci il aprelin 5-də Türkiyə vətəndaşlığını qəbul edən azərbaycanlı sprinter Ramil Quliyevin bu ölkənin adından çıxış etməsi məsələsinin hələ həll olunmadığını bildirib. Onun sözlərinə görə, danışıqlar artıq 2 nazir arasında gedir: “Biz Azərbaycan gənclər və idman naziri Azad Rəhimovla görüşürük. Onlardan anlayış gözləyirik. İnanırıq ki, “2 dövlət, 1 millət” olmağın gərəkliyini ortaya qoyacaqlar”.

Qeyd edək ki, Azərbaycan Atletika Federasiyasının icazəsi olmadan Ramil 3 il “ay-ulduzlu” formanı geyinə bilməz. Qaydalara əsasən, onun bu illərdə Azərbaycan millisində çıxış etmək hüququ var.