14:58 20-12-2011
news_image
1292
DİGƏR NÖVLƏR

Hollivud rejissoru “Bakı-2020” ilə bağlı videoçarx çəkir

2020-ci il Yay Olimpiya Oyunlarını keçirməyə namizədliyini verən Bakı sabahdan rəsmən təbliğata başlayacaq və bu möhtəşəm yarışın loqosu təqdim olunacaq. Apasport.az saytının xəbərinə görə, bu barədə bu gün keçirdiyi brifinqdə Bakı-2020-nin icraçı-direktoru Könül Nurullayeva məlumat verib.

O bildirib ki, ölkəmizlə bağlı çarxları çəkmək üçün Hollivuddan məşhur rejissor Rupert Ueynrayt Azərbaycana dəvət edilib: “Bizim mini filmlər, roliklərin çəkilişi Ueynraytın rəhbərlik etdiyi şirkət tərəfindən aparılır. Hazırda çəkilişlər çox uğurlu gedir. Şirkətin nümayəndələrini Bakının müxtəlif görməli yerlərinə, hətta rayonlara da göndərmişik ki, hər şey əla alınsın. Bununla yanaşı, digər təbliğat işlərinin aparılması da nəzərimizdədir və buna uyğun işlər görülür”.

Qeyd edək ki, 2020-ci il Yay Olimpiya Oyunlarını keçirməyə iddiaçı şəhərlər arasında Bakı ilə yanaşı, Roma (İtaliya), Tokio (Yaponiya), İstanbul (Türkiyə), Madrid (İspaniya) və Doha (Qətər) da namizəddir.