00:02 21-12-2011
news_image

“Baku Fires” xeyriyyə aksiyasında

“Baku Fires” növbəti xeyriyyə aksiyası keçirib. Komandanın mətbuat xidmətindən apasport.az saytına verilən xəbərə görə, aksiya çərçivəsində boksçular Xəzər rayonunun Zağulba qəsəbəsində Respublika Uşaq Sanatoriyasına baş çəkiblər.

Komandanın nümayəndələri uşaqları qarşıdan gələn Yeni il münasibətilə təbrik edib və onlara hədiyyələr – oyuncaqlar, şirniyyatlar, meyvələr təqdim ediblər. Uşaqlara küknar ağacı hədiyyə edilib ki, sonra onlar boksçularla birlikdə bu ağacı bəzəyiblər.

Bundan başqa, komandanın adından sanatoriyaya kompüter və böyük LCD televizor hədiyyə edilib.

Sonra oyunlar və davamlı söhbət aparılıb, bundan sonra isə komanda sanatoriyanı tərk edib.