16:43 21-12-2011
news_image
1040
STOLÜSTÜ OYUNLAR

“Azərbaycan şahmatının mənsiz də yetərincə parlaq gələcəyi var”

“Təl-Əvivdə yaşamadığımdan bu şəhərin patriotu olmağımın heç biri yoxdur. Bakı isə mənim üçün doğma şəhərdir. Mən orada böyümüşəm və indiyədək orada çoxlu dostlarım var”. Apasport.az saytının məlumatına görə, bunu yenicə Peşəkar Şahmatçıların Assosiasiyasının (PŞA) prezidenti seçilən Emil Sutovski deyib.

Bakıda doğulan, lakin sonradan İsrailə köçərək buranın milli komandasında çıxış edən qrossmeyster 2 ölkə arasında fərqlərdən danışıb. Sutovski Azərbaycanın onun üçün daha doğma olduğunu etiraf edib: “Mən Azərbaycan gələndə həmişə isti münasibətlə rastlaşıram. Orada həmişə əla olur. Mən Azərbaycana hər dəfə böyük məmnuniyyətlə gəlirəm. İsraildə yeni vəzifəmə gəlincə, sözsüz ki, biz federasiya ilə birgə çalışacağıq. Şübhəsiz ki, Azərbaycanda yarışlar keçirmək də planımızdadır. Biz oranın federasiyası ilə sıx işləyəcəyik. Özü də mənə elə gəlir ki, biz yalnız güclülərin oynayacaqları turnirlərini keçirəcəyimizlə məşgul olmayıb, həm də azərbaycanlı gənclərinin inkişafına yardımçı olacaq hansısa master-klasslar təşkil edəcəyik. Azərbaycan ənənəvi olaraq, istedadlarla zəngin olan ölkədir. Orada uşaqların turnirlərində çoxlu medallar qazanılır”.

Oktyabrda Sloveniyanın Roqaska Slatina şəhərində baş tutan klublararası Avropa çempionatında SOCAR-ın heyətində gümüş medal qazanan zəka sahibinə məşhur chess-news.ru saytına müsahibəsində, həmçinin ölkəmizin yığma səviyyəsində şərəfini qorumaqla bağlı sualı da cavablandırıb: “Fikrimcə, Bakıda mənsiz də çoxlu istedadlı oyunçular var. Mənə çoxları işarə vurub ki, əgər Azərbaycana gəlsə idim, yaxşı olardı. Xüsusilə çox yaxşı nəticə qazandığım Xantı-Maysiyiskdəki Olimpiadadan sonra. Ancaq belə sual heç vaxt qoyulmayıb. Bunun yaxın vaxtda qoyulacağını da düşünmürəm. Mən İsrail yığmasının heyətində oynayıram. Yetərincə yaxşı komandamız var. Xüsusilə də Boris Qelfand millimizin heyətində oynadıqda güclü oluruq. Təəssüf ki, o son vaxtlar oynamır. Bu isə tam başqa komanda deməkdir. Əlbəttə, azərbaycanlı şahmatçılara uğurlar arzulayıram. Fikrimcə, Azərbaycan şahmatının mənim yoxluğumda da yetərincə parlaq gələcəyi var”.