09:44 22-12-2011
news_image
1195
DÖYÜŞ NÖVLƏRİ

Liderlər növbəti mərhələdə

Bakı İdman Sarayında boks üzrə böyüklər arasında Azərbaycan çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, yarışın ikinci günündə 52, 56, 60, 64, 75, 91 və +91 kq çəki dərəcələrində mübarizə aparan idmançılar rinqə çıxıb.

56 kq çəki dərəcəsinin əsas favoritlərindən olan Rəhim Nəcəfov ilk döyüşünü qələbə ilə başa vurub. O, Sumqayıt nümayəndəsi Tahir Allahverdizadəni 17:5 hesabı ilə məğlub edib. 64 kq çəki dərəcəsində qələbəyə namizədlərdən olan Elnur Əliyev, Elnur Zeynalov və Mehdi Mehdiyev növbəti mərhələyə vəsiqə qazanıblar. Əliyev “Təhsil” İdman Mərkəzinin üzvü Rauf Həmidovu minimal üstünlüklə məğlub edib – 18:17. Mehdiyev “Turan” klubunun nümayəndəsi Anar Hüseynovu 11:4 hesabı ilə üstələyib. Zeynalov isə Şəmkir boksçusu Amil Cəfərovu üstələyib.

52 kq
Kamran Məlikov (Rabitə) - Elçin Nəsibov (Mingəçəvir) - 13:4
Əfsun Həsənov (DİN İC) - Mehdi Seyidov (Biləsuvar) - 13:6
Əbdürrəhman Şirinov (Rabitə) - Kamran Orucov (Qızıl Əlcək) - 9:16

56 kq
Rəhim Nəcəfov (Rabitə) - Tahir Allahverdizadə (Sumqayıt) - 17:5
Raul Əşrəfov (Məhsul) – Fazil Atamalıyev (DİN İC) tam üstünlüklə Atamalıyev qalib gəlib
Pərviz Salmanov (Lokomotiv) - Elvin Mirzəbəyli (DİN İC) - 4:17

60 kq
İman Əhmədli (Gömrükçü) - Fərid Abdullayev (Təhsil) - 11:5
Ravid Paşayev (Qusar) – Yalçın Əzimli (Biləsuvar) tam üstünlüklə Paşayev qalib gəlib
Süleyman Mustafayev (Sərhədçi) - Hikmət Əliyev (Şəki) - 23:2
Taleh İsayev (MOİK) - Fərid Mansurov (Neftçi) - 4:10

64 kq
Natiq Feyruzi (Gəncə) - Mehdi Səfiyarlı (Zenit) - 5:4
Mehdi Mehdiyev (Neftçi) - Anar Hüseynov (Turan) - 11:4
Nurlan Məmmədov (Rabitə) – Məhəmməd Nəsirov (Qızıl Əlcək) tam üstünlüklə Məmmədov qalib gəlib
Rasim Mərdanov (İnter) – Elyaz Orucov (Neftçi) Orucov diskvalifikasiya olunub
Elnur Əliyev (Rabitə) - Rauf Həmidov (Təhsil) - 18:17
Rüfət Həşimov (Rabitə) – Şahin Əliyev (Şirvan) Həşimov zədələndiyindən döyüşü davam etdirə bilməyib
Ruslan Qasımov (Neftçi) - Nurlan Həsənov (Sərhədçi) - 19:5
Amil Cəfərov (Şemkir) – Elnur Zeynalov (Rabitə) tam üstünlüklə Zeynalov qalib gəlib

75 kq
İsmət Quliyev (Şirvan) - Orxan Salmanov (Neftçi) - 5:17
Sarvan Əliyev (Naçıvan) – Hacı Seyidbəyov (Hacıqabul) tam üstünlüklə Əliyev qalib gəlib
Araz Pirməmmədov (Zenit) - Tural Əsgərov (Gəncə) 18:4
Vüsal Cabbarov (Sərhədçi) – Anar Cəfərov (Şəki) tam üstünlüklə Cabbarov qalib gəlib
Maksim Xəlilov (Turan) - Sənan Rzayev (Rabitə) - 9:13

91 kq
Sərxan Cabbarov (Neftçi) - Ziyalət Məmmədov (Təhsil) - 8:8 qələbə Məmmədova verilib
Mahid Uzdenov (Qusar) – Abdulla İbrahimli (Mingəçevir) tam üstünlüklə Uzdenov qalib gəlib
Sadiq Qasımov (Naxçıvan) – Fəqan Ömərov (Neftçi) tam üstünlüklə Ömərov qalib gəlib
Cavid Eyyubov (Zaqatala) – Teymur Əsgərov (Qızıl Əlcək) Eyyubov döyüşə çıxmayıb
Kamran Mehdiyev (Rabitə) – Vüqar Hüseynov (Gəncə) Hüseynov zədələndiyindən döyüş dayandırılıb
Anar Məmmədov (Siyəzən) – Aydın Məmmədov (Quba) tam üstünlüklə Anar Məmmədov qalib gəlib

+91 kq
Zəfər Cəfərov (Cəlilabad) – İbrahim Məmmədov (Neftçi) tam üstünlüklə Cəfərov qalib gəlib
Fərid Şabanov (Rabitə) - Nəbi İsmayılov (Sumqayıt) - 20:5
Zamiq Atakişiyev (Naxçıvan) – Emil Əliyev (Rabitə) tam üstünlüklə Atakişiyev qalib gəlib
İlqar Allahverdiyev (Sərhədçi) - Elçin İsmayılov (Neftçi) - 9:11
Maqsud Maqsudov (Siyəzən) – Ağalar Saıqzadə (Neftçi) tam üstünlüklə Maqsudov qalib gəlib
Fərid İbrahimli (Naxçıvan) – Cabbar Cabbarov (Biləsuvar) tam üstünlüklə İbrahimli qalib gəlib.