00:06 25-12-2011
news_image
1554
DÖYÜŞ NÖVLƏRİ

Bu gün finaldır!

Boks üzrə Azərbaycan çempionatında finalçıların adları məlum olub. Apasport.az saytının xəbərinə görə, Dünya və Avropa çempionatının mükafatçısı Samir Məmmədov (56 kq) İlkin Ağayevi 13:9 hesabı ilə məğlub edərək, həlledici döyüşdə iştirak etmək hüququ qazanıb.

Onu finalda artıq ənənəvi rəqibinə çevrilmiş Rəhim Nəcəfov gözləyir. Son dünya çempionatının iştirakçısı yarımfinalda Elvin Mirzəbəylini 21:9 hesabı ilə üstələyib.

69 kq çəki dərəcəsində də yarımfinalda gərgin döyüşlər gedib. Ötən ilin Azərbaycan çempionu Tamerlan Abdullayev bu il “ən güclülərin seçmə yarışı”nda 2-ci olmuş İsmət Eynullayevi 17:11 hesabı ilə məğlub edib. Abdullayev finalda dünya çempionatının mükafatçısı, uzun illər milli komandamızın kapitanı olmuş Emil Məhərrəmovla üz-üzə gələcək.

Sonuncu yarımfinalda Siyəzən boksçusu Bəxtiyar Nadirov üzərində qələbə qazanıb. Təcrübəli Rahib Bəylərovla milli komandamıza namizəd Vətən Hüseynli arasında da görüş gərgin keçib. Bəylərov yeni çəki dərəcəsində (81 kq) çıxış etməsinə baxmayaraq, rinqdən qalib ayrılıb. Hərçənd görüş 11:11 hesabı ilə yekunlaşıb. Hakimlərin rəyi Bəylərovun xeyrinə olub.

Final döyüşləri dekabrın 25-də saat 14-də Bakı İdman Sarayında başlayacaq.

49 kq
Sərxan Babayev (Rabitə) 15:14 Adil Hacıyev (Ağdaş)
Kamran Vəlizadə (Biləsuvar) – Tural Əhmədov (Rabitə) tam üstünlüklə Əhmədov qalib gəlib

52 kq
Məsud Əbdulkərimi (Neftçi) 4:15 Cavid Çələbiyev (DİN İC)
Kamran Məlikov (Rabitə) 17:16 Kamran Orucov (Qızıl Əlcək)

56 kq
Samir Məmmədov (Neftçi) 13:9 İlkin Ağayev (Rabitə)
Rəhim Nəcəfov (Rabitə) 21:9 Elvin Mirzəbəyli (DİN İC)

60 kq
Salman İbrahimov (Rabitə) 11:13 Kamran Baxşəliyev (Gömrükçü)
Tapdıq Bayramov (Qızıl Əlcək) 19:7 İman Əhmədli (Gömrükçü)

64 kq
Mehdi Mehdiyev (Neftçi) 8:19 Nurlan Məmmədov (Rabitə)
Elnur Əliyev (Rabitə) 12:17 Ruslan Qasımov (Neftçi)

69 kq
Tamerlan Abdullayev (Rabitə) 17:11 İsmət Eynullayev (Rabitə)
Emil Məhərrəmov (Rabitə) – Bəxtiyar Nadirov (Siyəzən) tam üstünlüklə Məhərrəmov qalib gəlib

75 kq
Vüqar Kərimov (İnter) 26:30 Yolçu Zeynalov (Rabitə)
Fariz Məmmədov (Lokomotiv) – Sarvan Əliyev (Naxçıvan) tam üstünlüklə Məmmədov qalib gəlib

81 kq
Rahib Bəylərov (Rabitə) 11:11 Vətən Hüseynli (Rabitə) qələbə Bəylərova verilib
Rəhman Şıxəliyev (Sumqayıt) 21:18 Bayram Məmmədov (Qızıl Əlcək)

91 kq
Hacıbaba Hacıbabayev (Rabitə) 31:26 Ziyalət Məmmədov (Təhsil)
Fəqan Ömərov (Neftçi) 12:26 Kamran Mehdiyev (Rabitə)

91+kq
Orxan Abdiyev (Gəncə) – Fərid Şabanov (Rabitə) tam üstünlüklə Şabanov qalib gəlib
Zamiq Atakişiyev (Naxçıvan klubu) 17:5 Fərid İbrahimli (Naxçıvan)