13:27 26-12-2011
news_image
708
DİGƏR NÖVLƏR

“Topaz” təqdim edir: Premyer Liqada lider dəyişəcəkmi?

“Topaz” bu gün müştərilərinə 81 oyundan ibarət proqram təqdim edir. Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl qabağı bu fürsəti qaçırmamalısız. Apasport.az saytının məlumatına görə, “Topaz” oyunçularının bayram xərcini qarşılamaq üçün belə möhtəşəm şans yaradıb. Bu fürsətdən yararlanmaqla nəinki bayram xərcinizi, hətta 2012-ci ildəki bütün xərcinizi qarşılaya bilərsiz. Bir sözlə, “Topaz” yalnız müştərilərini düşünür.

Belçika, Şotlandiya, Uelslə yanaşı, İngiltərə Premyer Liqasının və aşağı liqalarının qarşılaşmalarına yer ayırılıb. Katolik dünyasından fərqli olaraq, protenstantların üstünlük təşkil etdiyi Böyük Britaniyada idman yarışlarına Milad bayramı ilə əlaqədar uzunmüddətli deyil, yalnız 24 saatlıq fasilə verilmişdi. Bugündən etibarən futbolçular, eləcə də, basketbol ulduzları idmansevərləri əyləndirmək üçün meydanlara çıxacaq. “Topaz” isə öz müştərilərinin əyləncəsini həmişə düşünür.

Şübhəsiz ki, əsas diqqət İngiltərə Premyer Liqasına yönələcək. Lider “Mançester Siti” və ən yaxın təqibçisi “Mançester Yunayted”in günü necə tamamlayacaqları olduqca böyük əhəmiyyət kəsb edir. Premyer Liqanın lideri dəyişə bilər ki, bu da yalnız İngiltərədə deyil, bütün dünyada geniş əks-səda doğuracaq.

“Topaz” sizlərə imkan verir ki, İngiltərədə liderin dəyişib-dəyişməyəcəyini öncədən müəyyənləşdirəsiz. Bunu etməklə, həm də zəkanızın sayəsində külli-miqdarda uduşa sahib çıxa bilərsiz.

Almaniya və İtaliya basketbol çempionatlarının hərəsindən bir oyuna proqramımızda yer verilib ki, azarkeşlər bu idman növündə necə qazanclı olduğunu unutmasınlar. Unutmalı olmadığınız əsas mətləb isə “Topaz” məntəqələrinə gəlməkdi.

Xatırladaq ki, ölkəmizdə ilk və tək qanuni idman mərc oyunları operatoru olan “Topaz”, öz iştirakçılarının uduşlarına dövlət təminatı verir və 18 yaşına çatmamış şəxslərin mərclərini qəbul etmir.