17:06 27-12-2011
news_image
1911
DİGƏR NÖVLƏR

33 idman xadimi müxtəlif fəxri ad və dərəcələrlə təltif edilib

Bu gün Gənclər və İdman Nazirliyində 2011-ci ilin yekunlarına əsasən 33 idman xadimi müxtəlif fəxri ad və dərəcələrlə təltif edilib. Apasport.az saytının məlumatına görə, tədbiri giriş sözü ilə açan və idman nazirinin müavini İsmayıl İsmayılov öncə bu il qazanılan uğurlar barədə danışıb.

O bildirib ki, 2011-ci il Azərbaycan üçün bütün sahələrdə uğurla yadda qalıb: “İdman sahəsində də böyük nailiyyətlər əldə olunub. Bu il ölkəmiz 42 mötəbər yarışa ev sahibliyi edib. Bununla yanaşı, qazandığımız medalların sayında da artım olub. Əgər ötən il idmançılarımız 675 dəfə Azərbaycan bayrağını yüksəklərə qaldırmışdılarsa, bu il 705 olub. Həmçinin, idmanımızın maddi-texniki bazası da güclənir”.

Daha sonra Gənclər və İdman Nazirliyi tərəfindən ilin yekunlarına əsasən müəyyənləşən idman xadimləri dərəcələrinə uyğun vəsiqələrlə təltif ediblər.

Fəxri bədən tərbiyəsi və idman işçisi
1. İman Qasimi (boks)
2. Namiq Əsgərov (kikboksinq)
3. Hidayət Mursaqulov (bədən tərbiyəsi üzrə)
4. Çingiz Orucov (bədən tərbiyəsi üzrə)
5. Fikrət Həsənov (basketbol)
6. Natalya Qordeyeva (həndbol)
7. Söhbəttin Məmmədov (cüdo)
8. Əhməd Allahverdiyev (otüstü hokkey)
9. Səfər Babayev (futbol)
10. Rövşən Məmmədov (futbol)
11. Rasim Əliyev (bədən tərbiyəsi üzrə)
12. Rafail Abbasov (sərbəst güləş)
13. Şalı Həsənov (bədən tərbiyəsi üzrə)

Əməkdar məşqçi
1. Vüqar Ələkbərov (boks)
2. Anar Allahverdiyev (karate-do)
3. Rauf Vəliyev (universal döyüş)
4. Seymur Qurbanov (boks)
5. Qalib Şükürov (sərbəst güləş)
6. Elşən İsmayılov (universal döyüş)
7. Elşən Abdulrəhimov (kikboksinq)
8. Hikmət Abdullayev (həndbol)
9. Şəhriyar Əsgərov (basketbol)
10. İlham Əlimzanov (boks)
11. Mübariz Əliyev (boks)
12. Rauf Aydınov (boks)
13. Məmməd Məmmədov (ağır atletika)
14. Vüqar Əliyev (voleybol)
15. Barat İsrafilov (kunq-fu)
16. İlqar Əliyev (futbol)

Əməkdar idman ustası
1. Elçin Əlizadə (boks)
2. Fərhad Acalov (boks)
3. Elman Mirzəyev (kikboksinq)
4. Şahin Mahmudov (kikboksinq)