00:03 30-12-2011
news_image
1396
DÖYÜŞ NÖVLƏRİ

“Bax, bunu dəqiq deyə bilməyəcəyəm” - FOTO

“Əl barmağım zədələndiyi üçün tam qüvvəmlə məşq edə bilmirdim. Cüdoda əlin çox böyük funksiyası var. Ayaq zədələnəndə məşq etmək o qədər də çətin olmur. Amma indi özümü yaxşı hiss edirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan qadın cüdosunun lideri, Avropa çempionu Kifayət Qasımova deyib.

27 yaşlı cüdoçu bildirib ki, London olimpiadasına gedəcəyinə zəmanət verə bilməz: “Bax, mən bunu bilmirəm. Əlbəttə ki, getmək istəyirəm. Amma talenin bizi hara aparacağını demək çətindir. Hazırda reytinq cədvəlindəki yerim də münasib deyil. Olimpiadaya getmək üçün hər hansı yarışda yer tutmaq lazımdır. Bunu bacarmaq üçün çalışmalıyam”.

Qeyd edək ki, reqlamentə əsasən kişilərin reytinq cədvəlində ilk 22, qadınlarda isə 16 yeri tutacaq cüdoçular London Olimpiadasında iştirak etmək hüququ qazanacaq. Qasımova son reytinqdə 13-cü pillədə qərarlaşıb.