10:11 04-01-2012
news_image
751
STOLÜSTÜ OYUNLAR

İlin ilk yarışında yarımfinal arzusu

İspaniyanın San-Sebastyan şəhərində keçirilən beynəlxalq şahmat turniri azərbaycanlı qrossmeysterlər – Şəhriyar Məmmədyarov və Vüqar Həşimov üçün vaxtından əvvəl başa çatıb. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvləri yarışı medalsız başa vurublar.

Belə ki, Məmmədyarov 1/8 finalda Xulio Qranda Zuniqaya (Peru) gözlənilmədən 0:2 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb. Ondan fərqli, Həşimov 1/4 finala yüksəlib. Lakin qrossmeysterimizin yarımfinala gedən yolunu Viktor Lazniçki (Çexiya) kəsib. O, həmyerlimizə 1,5:0,5 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, yarış nokaut-sistemlə keçirilir.