12:32 05-01-2012
news_image
1335
STOLÜSTÜ OYUNLAR

Silvio Danailov: SOCAR futbolda Madrid “Real”ı kimidir

“Veselin Topalov indiyədək heç bir klubun şərəfini qorumayıb. Çünki heç kim onun tələblərini ödəmək səviyyəsində deyildi. SOCAR bu mənada ilkə imza atdı”. Apasport.az saytının məlumatına görə, bunu Avropa Şahmat İttifaqının prezidenti Silvio Danailov deyib.

2010-cu ildən bu quruma rəhbərlik edən Danailov həm də sabiq dünya çempionu Veselin Topalovun şəxsi meneceridir. Onun sözlərinə görə, Topalov bu il şərəfini qoruyacağı SOCAR-la anlaşması uzadılması mümkün olan şərtlərlə imzalanıb: “Azərbaycan komandası Veselinlə son anda razılığa gələ bildi. SOCAR heyətinə ulduzları cəmləyib. Buraya məşhur qrossmeysterlər – Qata Kamski, Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Aleksandr Qrişuk və Emil Sutovski cəlb olunublar. SOCAR bizə elə şərtlər təklif etdi ki, ondan imtina edə bilmədik”.

Danailov müqavilənin maddi parametrlərini açıqlamaqdan imtina edib: “Bizim azərbaycanlılarla əlaqələrimiz əladır. Klubun arxasında güclü sponsor durur. Bu, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətidir. Onun adı hər şeyi izah edir. SOCAR futbolda Madrid “Real”ı kimidir. Burada ulduzlar cəmləşib. Topalov Azərbaycan getməyə də məcbur deyil. O, sentyabrda İsraildə klublararası Avropa çempionatında komandaya qoşulacaq”.

Qeyd edək ki, Topalovla Danailov ötən ilin sonlarında “Buta Palace”də Teymur Rəcəbovun toyunda iştirak ediblər.