10:00 06-01-2012
news_image

“World Masters”ə 6 cüdoçu ilə

Yanvarın 14-15-də Qazaxıstanın Almatı şəhərində keçiriləcək cüdo üzrə “World Masters” turnirində mübarizə aparacaq Azərbaycan milli komandasının heyəti müəyyənləşib. Apasport.az saytının məlumatına görə, dünya reytinqində liderlərin yarışında ölkəmiz 6 cüdoçu ilə təmsil olunacaq.

Bunlar İlqar Müşkiyev (60 kq), Tərlan Kərimov (66 kq), Elnur Məmmədli (81 kq), Elxan Məmmədov (90 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Yusubovadır (63 kq).

Qeyd edək ki, “World Masters” London-2012-yə lisenziya xalı verəcək.