15:35 06-01-2012
news_image
2802
DİGƏR NÖVLƏR

Milli komandalarımızın baş məşqçiləri müəyyənləşdi

Azərbaycanda bütün idman növləri üzrə milli komandaların baş məşqçiləri müəyyənləşib. Bu haqda Lent.az-a Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimov məlumat verib.

Onun sözlərinə görə, ayrı-ayrı federasiyalar cavabdeh olduqları növlər üzrə yığmaya rəhbərlik edəcək şəxslərin adlarını nazirliyə təqdim ediblər. Siyahıda olimpiya və aparıcı qeyri-olimpiya növləri üzrə aşağıdakı baş məşqçilərin adları göstərilib:

Ağır atletika – Nizami Paşayev
Akademik avarçəkmə – Rudiger Hauffe (Almaniya)
Akrobatika – İradə Qurbanova
Atçılıq – Nelson Pesoa (Braziliya)
Atletika – Məhərrəm Sultanzadə
Badminton – Ceyhun Məmmədəliyev
Basketbol – Elxan Əliyev
Bədii gimnastika – Marina Vasilyeva (Bolqarıstan)
Boks – Yevgeni Kotov (Rusiya)
Bodibildinq – Rauf Bünyatəliyev
Cüdo – Ağayar Axundzadə
WKF növləri üzrə karate – Əhməd Hətəmov
Futbol – Berti Foqts (Almaniya)
Güllə atıcılığı –İradə Aşumova
Həndbol – Rəfiqə Şabanova (qadınlar), Hikmət Abdullayev (kişilər)
İdman gimnastikası – Rza Əliyev
Kamandan oxatma – Sergey Qospodinov (Belarus)
Kayak və kanoe qayıqlarında avarçəkmə – Aleksandr Kolıbelnikov (Ukrayna)
Kikboksinq – Çingiz Eyvazov
Motosiklet idmanı – Vüqar Əhmədov
Muay-tay – Azər Həsənov
Otüstü hokkey – Adil Paşayev (qadınlar), Saleh Hüseynov (kişilər)
Pankration – Dülgər Əsgərov
Pauerliftinq – Bəxtiyar Quliyev
Reqbi – Vaqif Sadatxan
Sambo – Mübariz İbrahimov
Sərbəst güləş – Saypulla Absaidov (Rusiya)
Stend atıcılığı – Hafiz Cəfərov
Stolüstü Tennis – Aleksandr Zudov
Sumo – Rüfət İsmayılov
Su polosu – Azər Babayev
Suyatullanma – Bəxtiyar Ağaxanov
Şahmat – Fəkrət Sideifzadə
Taekvondo – Ələkbər İmaməliyev
Tennis – Yalçın Manaflı
Tamblinq – Adil Mustafayev
Universal döyüş – Fərhad Ocaqverdiyev
Üzgüçülük – Vaqif Nəsibov
Velosiped idmanı – Vitali Qladçenko
Voleybol – Faiq Qarayev (qadınlar), Sahib Əliyev (kişilər) Yelkən idmanı – Vladislav İzuf
Yunan-Roma güləşi – Salih Bora (Türkiyə)

Qeyd edək ki, baş məşqçilərin adları Gənclər və İdman Nazirliyinin kollegiyasında təsdiqlənəcək.