18:23 06-01-2012
news_image
1159
DÖYÜŞ NÖVLƏRİ

Füzuli Musayevə daha bir etimad

Avropa Taekvondo İttifaqı (ETU) Azərbaycan Taekvondo Federasiyasının I vitse-prezidenti Füzuli Musayevə daha bir etimad göstərib. Lent.az-ın məlumatına görə, Musayev yanvarın 27-də Rusiyanın Kazan şəhərində start götürəcək 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa təsnifat turnirinin arbitraj hakimi seçilib.

O, daha iki nəfərlə birgə döyüş hakimlərinin mübahisəli qərarlarından şikayətlərə baxacaq. Turnirdə Azərbaycanı 2 taekvondoçu – Günay Ağakişiyeva (57 kq) və Təvəkkül Bayramov (+80 kq) da təmsil edəcək. Onlar ilk 3 yerdən birini tutsalar, London olimpiadasına lisenziya qazanacaqlar.

Qeyd edək ki, Füzuli Musayev ötən ilin sonlarında yenidən ETU-nun vitse-prezidenti seçilib.