12:33 09-01-2012
news_image
1242
DÖYÜŞ NÖVLƏRİ

10 ölkə Azərbaycana gəlməyə razılıq verdi

Yanvarın 14-də Bakıda Müşviq İsayevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə yeniyetmələr arasında ənənəvi beynəlxalq turnir keçiriləcək. Güləş Federasiyasından apasport.az saytına verilən məlumata görə, A kateqoriyalı yarış 20 yanvar şəhidi Müşviq İsayevin xatirəsini yad etmək, yeniyetmə güləşçilərin idman ustalığını artırmaq, sərbəst güləşin inkişafına və kütləviliyinə nail olmaq məqsədilə olacaq.

FİLA-nın mövcud qaydalarına əsasən 42, 46, 50, 54, 58, 63, 69, 76, 85 və 100 kq-a qədər çəki dərəcələri üzrə keçiriləcək turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Rusiya, Almaniya, Gürcüstan, Türkiyə, İran, Özbəkistan, Tacikistan, Qazaxıstan, Latviya və Litvadan olan güləşçilər də mübarizə aparacaq.

Yarışlarda müvafiq çəki dərəcələri üzrə I, II, III yerləri tutmuş idmançılar Azərbaycan Güləş Federasiyası tərəfindən diplom, medal və hədiyyələrlə mükafatlandırılacaqlar.

Turnir “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçiriləcək. Yarışın rəsmi açılış mərasimi yanvarın 14-də saat 16.30-da baş tutacaq.