12:16 11-01-2012
news_image
4193
DÖYÜŞ NÖVLƏRİ

Bakı klubundan 10 yeni transfer

“Baku Fires” komandası heyətinə 10 yeni boksçu qatıb. Apasport.az saytının məlumatına görə, həmin idmançılar Ümumdünya Boks Seriyasının (WSB) 2011/12 mövsümün ikinci dövrəsində komandamıza kömək edəcəklər.

Bunlardan 7-si azərbaycanlı, digər 3-ü əcnəbidir. Legionerlər arasında ötən mövsüm Bakı komandasının şərəfini qorumuş Koba Pxakadze və Denis Poyatsıka da var. “Baku Fires”, həmçinin son Avropa çempionumuz, dünya çempionatının ikincisi və London-2012-yə lisenziya qazanmış 19 yaşlı Teymur Məmmədovu da klubun sıralarına qatıb.


Yeni boksçuların siyahısı

54 kq
Məhəmməd Qurbanov (Rusiya) – yeniyetmələr arasında dünya çempionatı-2008-in qalibi
Cavid Çələbiyev (Azərbaycan) – 2011-ci ilin Azərbaycan çempionu

61 kq
Koba Pxakadze (Gürcüstan) – Dünya çempionatı-2009-un bürünc mükafatçısı

85 kq
Teymur Məmmədov (Azərbaycan) – Avropa çempionu-2011, Dünya çempionatı-2011-in gümüş mükafatçısı
Vətən Hüseynli (Azərbaycan) – Azərbaycan çempionatı-2011-in bürünc mükafatçısı
Asxab Əbdülxaliqov (Azərbaycan)

+ 91 kq
Zamiq Atakişiyev (Azərbaycan) – Azərbaycan çempionu-2011
Fərid Şabanov (Azərbaycan) – Azərbaycan çempionatı-2011-in gümüş mükafatçısı

Denis Poyatsıka (Ukrayna) – Avropa çempionu-2006, Avropa çempionatı-2010-un bürünc mükafatçısı
İlqar Allahverdiyev (Azərbaycan)

Qeyd edək ki, B qrupunda 5 döyüşdən sonra “Baku Fires” 15 xal toplayıb və 1-ci yeri tutur. Komandamız növbəti matçını yanvarın 14-də Çində “Beijing Dragons”a qarşı keçirəcək.