00:00 12-01-2012
news_image
1057
DÖYÜŞ NÖVLƏRİ

2 gün sonrakı görüşün start heyəti açıqlandı

Yanvarın 14-də Ümumdünya Boks Seriyasının (WSB) 6-cı turunun döyüşləri keçiriləcək. Apasport.az saytının xəbərinə görə, təmsilçimiz “Baku Fires” Makaoda yerli “Beijing Dragons” klubu ilə qarşılaşacaq. Bakı vaxtı ilə saat 15:30-da başlayacaq görüşün artıq heyətləri artıq məlumdur:

Beijing Dragons - Baku Fires
54 kq. Kvinqksian Mai (Çin) - Qairbek Qermaxanov (Azərbaycan)
61 kq. Ksiaohu Liu (Çin) – Semyon Qrivaçyov (Azərbaycan)
73 kq. Donqksu Şanq (Çin) – Məhəmməd Nurudzinov (Belarus)
85 kq. Jianjenq Vanq (Çin) – Ramazan Məhəmmədov (Azərbaycan)
+91 kq. Cozef Dennis Parker (Yeni Zelandiya) – Hacı Murtuzəliyev (Azərbaycan)
54 kq-dək çəki dərəcəsində döyüş daha maraqlı olacağını vəd edir. Həm Mai, həm də Qermaxanov bu mövsümdə məğlubiyyətlə qarşılaşmayıblar. Çinli iki, bizim boksçumuz isə üç qələbə qazanıb.

Bu komandalar arasında noyabrın 12-də Azərbaycanın paytaxtında baş tutmuş ilk qarşılaşmada Baku Fires 5:0 hesabı ilə inamlı qələbə qazanıb. Hazırkı heyətdən həmin qarşılaşmada Ramazan Məhəmmədov və Cozef Dennis Parker iştirak ediblər.

Qeyd edək ki, beş görüşdən sonra 15 mümkün xaldan 15-ni toplayaraq yüzfazilik göstəriciyə malik olan Baku Fires “B” qrupunda ilk yeri tutur. Beijing Dragons 4 görüş keçirib. Komandanın 3 xalı var və o qrupda sonuncu, altıncı yeri tutur. Qrupun ən yaxşı dörd komandası 1/4 finala yüksələcək.

1. Baku Fires – 15 xal, döyüşlərin fərqi - 21-4 (5 matç)
2. Leipzig Leopards – 10, 15-10 (5)
3. Mexico City Guerreros – 7, 11-13 (5)
4. Paris United – 7, 8-11 (4)
5. Istanbul Bosphorus – 5, 10-15 (5)
6. Beijing Dragons – 3, 4-16 (4)

Bu həftə “B” qrupunda daha iki görüş baş tutacaq. Yanvarın 12-də Mexico City Guerreros (Meksika) Leipzig Leopards-ı (Almaniya), 13-də isə İstanbul Bosphorus (Türkiyə) Paris United-i (Fransa) qəbul edəcək.