10:43 13-01-2012
news_image

Lisenziya turniri Trabzonda

Olimpiya oyunlarına lisenziya xarakteri daşıyan Avropa kvalifikasiya turniri aprelin 14-də Türkiyənin Trabzon şəhərində start götürəcək. Apasport.az saytının məlumatına görə, əvvəlcədən yarışın İstanbulda təşkil olunması planlaşdırılsa da, Türkiyə Boks Federasiyası Qara Dəniz sahilində yerləşən Trabzona üstünlük verib.

Türkiyə Boks Federasiyasının prezidenti Eyüb Gözgec bunu Trabzonda boksun çox sevilməsi və milli komandanın bir çox üzvlərinin bu şəhəri təmsil etməsi ilə əlaqələndirib. Türkiyəyə səfər edən AİBA prezidenti Çinq Ko Vu Olimpiya oyunlarına lisenziya xarakterli yarışın bu şəhərdə keçirilməsi ilə bağlı rəsmi müqaviləyə imza atıb.

Qeyd edək ki, Azərbaycan boksçuları Türkiyədəki turnirdə 49, 56, 60, 69 və 81 kq çəki dərəcələrində təmsil olunacaqlar. Beş boksçumuz – Elvin Məmişzadə, Heybətulla Hacəliyev, Soltan Migitinov, Teymur Məmmədov və Məhəmmədrəsul Məcidov isə artıq London Olimpiadasına vəsiqə qazanıblar.