13:13 13-01-2012
news_image
1324
STOLÜSTÜ OYUNLAR

2 azərbaycanlı 1 erməniyə qarşı

Sabah Hollandiyanın Veyk-an-Zee şəhərindən ənənəvi beynəlxalq şahmat turnirinə start veriləcək. Apasport.az saytının məlumatına görə, bir dövrədən ibarət olacaq yarışda ölkəmizi beynəlxalq qrossmeysterlər - Teymur Rəcəbovla (2773) Vüqar Həşimov (2761) təmsil edəcəklər.

Yanvarın 29-dək davam edəcək turnirdə həmyerlilərimizin rəqibləri Maqnus Karlsen (Norveç, 2835), Levon Aronyan (Ermənistan, 2805), Sergey Karyakin (Rusiya, 2769), Veselin Topalov (Bolqarıstan, 2770), Vasili İvançuk (Ukrayna, 2766), Qata Kamski (2732), Hikaru Nakamura (hər ikisi ABŞ, 2759), Boris Gelfand (İsrail, 2739), Aniş Qiri (2714), Lyuk Van Veli (hər ikisi Hollandiya, 2692), Fabiano Karuana (İtaliya, 2736) və David Navara (Çexiya, 2712) olacaq.

Bu, Teymurun turnirdə 5-ci cəhdidir. O, 20 ildir keçirilən yarışda 2003-cü ildə debüt edib. Həmin vaxt 9-10-cu yerləri bölüşən zəka sahibimiz 4 illik fasilədən sonra yenidən Hollandiyada mübarizə aparıb və 1-3-cü pillələrə şərik olub. Daha sonra 2008-ci ildə 3-4, 2009-cu ildə isə 2-4-cü yerləri bölüşüb. Son 2 ildə isə Veyk-an-Zee turnirinə qatılmayıb.
Teymurdan fərqli, Vüqar yarışda debüt edəcək.

Təəssüf ki, şahmat həvəskarları arasında aparılan sorğu qrossmeysterlərimizin əleyhinə olub. Sorğuda iştirak edən respondentlərin 32,25 faizi hazırda dünyanın da ən güclüsü olan Karlsen çempion görürlər. Rəcəbovun qızıl medal qazanacağını 6 faiz, Həşimovun qalib gələcəyinə isə 1,75 faiz inanan var.