00:07 14-01-2012
news_image
939
STOLÜSTÜ OYUNLAR

Dünyanın ən güclüsünə qarşı!

Bu gün Hollandiyanın Veyk-an-Zee şəhərində startı veriləcək beynəlxalq şahmat turnirinin püşkü atılıb. Apasport.az saytının xəbərinə görə, ikisi həmyerlimiz Teymur Rəcəbov və Vüqar Həşimov olmaqla, 14 qrossmeysterin mübarizə aparacağı nüfuzlu yarışın I turunda qarşılaşacaq cütlüklər bəlli olub.

Rəcəbov ağ fiqurlarla Fabiano Karuanaya, Həşimov isə hazırda dünyanın ən güclü şahmatçısı sayılan Maqnus Karlsenə qarşı qara fiqurlara oynayacaq.

David Navara (Çexiya, 2712) – Veselin Topalov (Bolqarıstan, 2770)
Boris Gelfand (İsrail, 2739) - Aniş Qiri (Hollandiya, 2714)
Teymur Rəcəbov (2773) - Fabiano Karuana (İtaliya, 2736)
Sergey Karyakin (Rusiya, 2769) - Levon Aronyan (Ermənistan, 2805)
Hikaru Nakamura (ABŞ, 2759) - Vasili İvançuk (Ukrayna, 2766)
Maqnus Karlsen (Norveç, 2835) - Vüqar Həşimov (2761)
Qata Kamski (2732) - Lyuk Van Veli (Hollandiya, 2692)

Dairəvi sistemlə keçiriləcək yarışın qalibləri yanvarın 29-da bəlli olacaq.