22:28 14-01-2012
news_image

“Baku Fires” Çin səddini asanlıqla adladı

Ümumdünya Boks Seriyasının (WSB) 6-cı turunun matçı keçirilib. Apasport.az saytının xəbərinə görə, Azərbaycan təmsilçisi “Baku Fires” Makaoda (Çin) “Zonqyi” İdman Sarayında “Beijing Dragons” üzərinə qələbə qazanıb – 4:1.

Beijing Dragons - Baku Fires
54 kq. Kvinqksian Mai (Çin) - Qairbek Qermaxanov (Azərbaycan) - 46:48, 45:49, 46:49
61 kq. Ksiaohu Liu (Çin) – Semyon Qrivaçyov (Azərbaycan) - 48:47, 48:47, 49:46
73 kq. Donqksu Şanq (Çin) – Məhəmməd Nurudzinov (Belarus) – 46:49, 47:48, 45:50

85 kq. Jianjenq Vanq (Çin) – Ramazan Məhəmmədov (Azərbaycan) - 48:47, 46:49, 46:49
+91 kq. Cozef Dennis Parker (Yeni Zelandiya) – Hacı Murtuzəliyev (Azərbaycan) - 47:48, 47:48, 47:48.
“B” qrupunda digər matçların nəticələri: Mexico City Guerreros (Мeksika) - Leipzig Leopards (Almaniya) – 5:0, İstanbul Bosphorus (Türkiyə) - Paris United (Fransa) – 4:1.

Turnir cədvəli:

1. Baku Fires – 18 xal, döyüşlərin fərqi - 25-5 (6 matç)
2. Leipzig Leopards – 10, 15-15 (6)
3. Mexico City Guerreros – 10, 16-13 (6)
4. Istanbul Bosphorus – 8, 14-16 (6)
5. Paris United – 7, 9-15 (5)
6. Beijing Dragons – 3, 5-20 (5)

“Baku Fires” növbəti matçını yanvarin 21-də İstanbul Bosphorus komandasına qarşı keçirəcək.