10:40 15-01-2012
news_image
1260
STOLÜSTÜ OYUNLAR

Məğlubiyyət və heç-heçə

Hollandiyanın Veyk-an-Zee şəhərindən ənənəvi beynəlxalq şahmat turnirinə start verilib. Apasport.az saytının məlumatına görə, bir dövrədən ibarət yarışda ölkəmizi beynəlxalq qrossmeysterlər - Teymur Rəcəbovla (2773) Vüqar Həşimov (2761) təmsil edirlər.

İlk turun görüşlərindən 3-də qalib müəyyənləşib. Təəssüf ki, məğlublardan biri Həşimov olub. O, qara fiqurlarla oynayaraq yarışın əsas favoriti sayılan Maqnus Karlsenə (Norveç, 2835) uduzub. Hollandiyalı Aniş Qiri (2714) Boris Gelfand (İsrail, 2739), Levon Aronyan (Ermənistan, 2805) isə Sergey Karyakin (Rusiya, 2769) üzərində qaralarla qələbə qazanıblar.

Digər şahmatçımız ağlarla oynayan Rəcəbov isə Fabiano Karuana (İtaliya, 2736) ilə xalı yarı bölüb. David Navaradır (Çexiya, 2712) - Veselin Topalov (Bolqarıstan, 2770), Hikaru Nakamura (ABŞ, 2759) - Vasili İvançuk (Ukrayna, 2766), Qata Kamski (ABŞ, 2732) - Lyuk Van Veli (Hollandiya, 2692) oyunlarında da qalib müəyyənləşməyib.