11:18 16-01-2012
news_image
681
DİGƏR NÖVLƏR

“Topik” Camal Rəhimovu üçüncü etdi

Novxanı qəsəbəsindəki “Sərhədçi” Atçılıq Mərkəzində atçılığın konkur növü üzrə CSI2*-W kateqoriyalı “Qış Kuboku” adlı beynəlxalq turnir başa çatıb. Apasport.az saytının məlumatına görə, Qran-Pri mərhələsinin qalibi adını polşalı Aleksandra Lusina qazanıb. Lusina “Kalinka” ləqəbli atla hamıdan güclü olmağı bacarıb.

İkinci yeri “Chewing Gum” ləqəbli atla gürcüstanlı çapar Şalva Qaçeçiladze tutub. Həmyerlimiz Camal Rəhimov isə “Topik” ləqəbli atla 3-cü, “Platin E” ləqəbli atla isə 4-cü olub.

Qeyd edək ki, yarışlarda Azərbaycan çaparları ilə yanaşı, Polşa, Türkiyə və Gürcüstan Respublikasının idmançıları da iştirak ediblər. Türkiyə və İrandan dəvət olunmuş hakimlər heyətinin idarə etdiyi turnirin ümumi mükafat fondu 93 min ABŞ dolları olub. London Yay Olimpiya Oyunlarına lisenziya xalı verən turnirdə ilk pillənin qalibi 50, digər iki pillənin sahibi isə 45 və 40 xal qazanıblar.