12:11 16-01-2012
news_image

Yığmamız Özbəkistana yollandı

Sərbəst güləş üzrə gənclərdən ibarət Azərbaycan milli komandası bu gün Özbəkistana yola düşüb. Apasport.az saytının məlumatına görə, Azərbaycan Güləş Federasiyası ilə bu ölkənin güləş federasiyasının qarşılıqlı müqaviləsinə əsasən, hər iki ölkənin müxtəlif yaş qrupu üzrə yığma komandaları il ərzində həm Azərbaycanda, həm də Özbəkistanda təlim-məşq toplanışında iştirak edirlər.

Razılaşmaya görə, sərbəst güləş üzrə gənclərdən ibarət millimizin heyəti 2012-ci ildə keçiriləcək beynəlxalq yarışlara hazırlıq məqsədilə yanvarın 16-dan 30-dək Özbəkistanın paytaxtı Daşkənddə hazırlıq keçəcəklər.
Özbəkistana sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandanın böyük məşqçisi Arif Abdullayev və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında 10 idmançı yola düşüb.

1. İxtiyar Quliyev 50 kq
2. Qalib Əliyev 55 kq
3. Pərviz İbrahimov 55 kq
4. Kənan Quliyev 60 kq
5. Axmednabi Qvarzatilov 60 kq
6. Elçin Məmmədov 66 kq
7. Bəxtiyar İsrafilli 66 kq
8. Elcan Usubzadə 74 kq
9. Kamran Yunusov 74 kq
10. Orxan Şərifov 84 kq