18:54 16-01-2012
news_image
1021
DİGƏR NÖVLƏR

Prezident İlham Əliyev Azərbaycanda 2012-ci ili “İdman ili” elan edib

Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2012-ci ilin “İdman ili” elan edilməsi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Gənclər və İdman Nazirliyinə Nazirlər Kabineti ilə birlikdə 2012-ci ilin Azərbaycan Respublikasında “İdman ili” elan edilməsinə dair tədbirlər planını hazırlayıb bir ay müddətində Azərbaycan prezidentinə təqdim etmək tapşırılıb.