09:48 17-01-2012
news_image
912
STOLÜSTÜ OYUNLAR

Veyk-an-Zeedə ilk qələbə

Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə ənənəvi beynəlxalq turnirdə III turun oyunları yekunlaşıb. Apasport.az saytının məlumatına görə, üçüncü yarış günü həmyerlilərimiz - Teymur Rəcəbovla (2773) Vüqar Həşimov (2761) üçün uğurlu alınıb.

Belə ki, bir dövrədən ibarət turnirin III turunda Rəcəbov ilk qələbəsini qazanıb. O, ağ fiqurlarla David Navaranı (Çexiya, 2712) mat etməkdə çətinlik çəkməyib.

Həşimov da qara fiqurlarla lazımı heç-heçəyə nail olub. Vüqar Lyuk Van Veli (Hollandiya, 2692) ilə xalları yarı bölüb.

Digər oyunlarda isə 2 qələbə, 3 heç-heçə qeydə alınıb:

Boris Gelfand (İsrail, 2739) - Veselin Topalov (Bolqarıstan, 2770) – 0,5:0,5
Sergey Karyakin (Rusiya, 2769) - Aniş Qiri (Hollandiya, 2714) – 1:0
Hikaru Nakamura (ABŞ, 2759) - Fabiano Karuana (İtaliya, 2736) – 0,5:0,5
Maqnus Karlsen (Norveç, 2835) - Levon Aronyan (Ermənistan, 2805) – 1:0
Qata Kamski (ABŞ, 2732) - Vasili İvançuk (Ukrayna, 2766) – 0,5:0,5

3 turdan sonra turnir cədvəli: Karlsen – 2,5 xal; Aronyan, Karuana, Rəcəbov – 2; Qiri, Kamski, İvançuk, Van Veli, Topalov – 1,5; Navara, Həşimov, Gelfand, Karyakin, Nakamura – 1.