21:44 17-01-2012
news_image
2108
STOLÜSTÜ OYUNLAR

Rəcəbovla Həşimovdan növbəti heç-heçə - YENİLƏNİB

Bu gün Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə ənənəvi beynəlxalq turnirdə IV turun oyunları baş tutub. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində azərbaycanlı qrossmeysterlər - Teymur Rəcəbov (2773) və Vüqar Həşimov (2761) növbəti oyunlarını keçiriblər.

Rəcəbov qara fiqurlarla Boris Gelfanda (İsrail, 2739) qarşı oynayıb. Bir gün öncə qələbə qazanan həmyerlimiz bu dəfə xal itkisi ilə üzləşib. O, dördüncü görüşündə 3-cü dəfə heç-heçəyə razılaşıb.

Həşimov isə SOCAR-ın yeni transferi Veselin Topalovun (Bolqarıstan, 2770) gücünü yoxlayıb. İlk 3 turda qələbə qazana bilməyən Vüqar sabiq dünya çempionu ilə görüşdə qara fiqurlarla mübarizə aparıb və 55-ci gedişdə “sülh” bağlayıb.


IV tur
Veselin Topalov (Bolqarıstan, 2770) - Vüqar Həşimov (2761) - 0,5:0,5
Vasili İvançuk (Ukrayna, 2766) – Lyuk Van Veli (Hollandiya, 2692) - 0,5:0,5
Levon Aronyan (Ermənistan, 2805) – Qata Kamski (ABŞ, 2732) - 1:0
Fabiano Karuana (İtaliya, 2736) – Maqnus Karlsen (Norveç, 2835) - 0,5:0,5
Aniş Qiri (Hollandiya, 2714) – Hikaru Nakamura (ABŞ, 2759) - 0,5:0,5
David Navaranı (Çexiya, 2712) – Sergey Karyakin (Rusiya, 2769) - 0:1
Boris Gelfand (İsrail, 2739) – Teymur Rəcəbov (2773) - 0,5:0,5

4 turdan sonra turnir cədvəli: Karlsen, Aronyan – 3 xal; Karuana, Rəcəbov – 2,5; Qiri, İvançuk, Van Veli, Karyakin, Topalov – 2; Kamski, Nakamura, Həşimov, Gelfand, – 1,5; Navara - 1.

Qeyd edək ki, turnirdə sabah istirahət günüdür.