13:28 17-01-2012
news_image

Qusarda Olimpiadaya hazırlıq

Güləş üzrə qadınlardan ibarət Azərbaycan millisi Qusara yollanıb. Apasport.az saytının məlumatına görə, səfər 2012-ci ildə Londonda keçiriləcək Olimpiya Yay Oyunlarına və qarşıdan gələn beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır. Komandamız yanvarın 28-nə kimi burada təlim-məşq toplanışında iştirak edəcək.

Qusar Olimpiya Kompleksində keçirilən məşqlərə baş məşqçi Rövşən Umudov, böyük məşqçi Qrek İqnat və məşqçi Mehman Nəcəfovun rəhbərliyi altında 14 idmançı qatılıb.

1. Marziget Baqomedova 48 kq
2. Patimat Baqomedova 51 kq
3. Anjela Doroqan 51 kq
4. Yarina Dubovska 55 kq
5. Yuliya Ratkeviç 55 kq
6. Sona Əhmədli 59 kq
7. Olesya Zamula 63 kq
8. İrina Netreba 63 kq
9. Anna Belyayeva 63 kq
10. Gözəl Zutova 63 kq
11. Nadya Sementsova 67 kq
12. Zümrüd Qurbanhacıyeva 67 kq
13. Dina İvanova 72 kq
14. Nataliya Palamarçuk 72 kq

Qeyd edək ki, sərbəst güləş üzrə qadınlardan ibarət yığmamızdan hələlik Mariya Stadnik (48 kq) London-2012-yə lisenziya qazanıb.