00:00 19-01-2012
news_image
1213
DÖYÜŞ NÖVLƏRİ

Qurbanovun Bakı klubuna keçidi baş tutmadı

Yanvarın 21-də Ümumdünya Boks Seriyasının (WSB) 7-ci turunun görüşləri keçiriləcək. Apasport.az saytının xəbərinə görə, təmsilçimiz “Baku Fires” “Sərhədçi” Olimpiya İdman Mərkəzində Türkiyənin “İstanbul Bosphorus” klubu ilə qarşılaşacaq.
Artıq komandaların heyətləri artıq məlumdur:

“Baku Fires” – “İstanbul Bosphorus”
54 kq. Məhəmməd Əbdülhəmidov (Azərbaycan) – Aydın Sakal (Türkiyə)
61 kq. Mədadi Naqzibəyov (Tacikistan) – Bunyamin Aydın (Türkiyə)
73 kq. Heybulla Mürsəlov (Azərbaycan) – Erol Ozkal (Türkiyə)
85 kq. Azamat Murtuzəliyev (Azərbaycan) – Caner Sayak (Türkiyə)
+91 kq. Əbdülqədir Abdullayev (Azərbaycan) – Aleksey Sivko (Ukrayna)

Bu komandalar arasında noyabrın 18-də İstanbulda keçirilən ilk qarşılaşmada “Baku Fires” 3:2 hesabı ilə qələbə qazanıb. Hazırkı heyətdən həmin döyüşlərdə Azamat Murtuzəliyev və Bünyamn Aydın iştirak edib. Azamat qalib gəlib, Aydın isə məğlubiyyətə uğrayıb.

“Baku Fires”in bu heyətində yanvarın 16-da bağlanmış “transfer pəncərəsi” zamanı komandanı gücləndirmiş yeni boksçu yoxdur.

Son anda Azərbaycan komandası daha dörd idmançını heyətinə qatıb – Oraz Avzalşoyev (61 kq, Tacikistan), Osman Əliyev (73 kq, Azərbaycan), Serqey Lapin (73 kq, Ukrayna) və Rəcəb Əliyev (85 kq, Azərbaycan).

Xatırladaq ki, bundan əvvəl “Baku Fires”in sifariş ərizəsinə 9 yeni boksçunun adı daxil edilib: Bunlar Cavid Çələbiyev (54 kq, Azərbaycan), Koba Pxakadze (61 kq, Gürcüstan), Teymur Məmmədov (85 kq, Azərbaycan), Vətən Hüseynli (85 kq, Azərbaycan), Asxab Əbdülxaliqov (85 kq, Azərbaycan), Zamiq Atakişiyev (+ 91 kq, Azərbaycan), Fərid Şabanov (+ 91 kq, Azərbaycan), Denis Poyatsıka (+ 91 kq, Ukrayna), İlqar Allahverdiyev (+ 91 kq, Azərbaycan).

Bundan başqa, onu da qeyd edək ki, rusiyalı boksçu Maqomed Qurbanovu (54 kq) heyətə qatmaq mümkün olmayıb.
Turnir cədvəli:
1. Baku Fires – 18 xal, döyüşlərin fərqi - 25-5 (6 matç)
2. Leipzig Leopards – 10, 15-15 (6)
3. Mexico City Guerreros – 10, 16-13 (6)
4. Istanbul Bosphorus – 8, 14-16 (6)
5. Paris United – 7, 9-15 (5)
6. Beijing Dragons – 3, 5-20 (5)

Bu həftə komandamızın yer aldığı “B” qrupunda daha iki görüş baş tutacaq. Yanvarın 20-də Paris United (Fransa) Mexico City Guerreros (Meksika) klubunu qəbul edəcək, yanvarın 21-də isə Leipzig Leopards (Almaniya) Beijing Dragons-u (Çin) qonaq edəcək.