10:30 20-01-2012
news_image
1321
STOLÜSTÜ OYUNLAR

SOCAR-ın oyunçuları “sülh” bağladılar

Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə ənənəvi beynəlxalq turnirdə V turun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində azərbaycanlı qrossmeysterlər - Teymur Rəcəbov (2773) və Vüqar Həşimov (2761) yenə qələbəyə həsrət qalıblar.

Rəcəbov ağ fiqurlarla SOCAR-dakı komanda yoldaşı Veselin Topalovla (Bolqarıstan, 2770) münasibətlərinə aydınlıq gətirib. Lakin həmyerlimiz üstünlüyündən istifadə edə bilməyib və sabiq dünya çempionu ilə xalları yarı bölməyə razı olub.

Həşimov da qara fiqurlarla oynayan Vasili İvançukla (Ukrayna, 2766) bacarmayıb. Vüqar Olimpiya çempionuna uduzaraq, turnir cədvəlindəki mövqeyini daha da pisləşdirib.

V tur
Teymur Rəcəbov (2773) - Veselin Topalov (Bolqarıstan, 2770) - 0,5:0,5
Sergey Karyakin (Rusiya, 2769) - Boris Gelfand (İsrail, 2739) – 0:1
Hikaru Nakamura (ABŞ, 2759) - David Navara (Çexiya, 2712) – 1:0
Maqnus Karlsen (Norveç, 2835) - Aniş Qiri (Hollandiya, 2714) – 0,5:0,5
Qata Kamski (ABŞ, 2732) - Fabiano Karuana (İtaliya, 2736) – 0,5:0,5
Lyuk Van Veli (Hollandiya, 2692) - Levon Aronyan (Ermənistan, 2805) – 0,5:0,5
Vüqar Həşimov (2761) - Vasili İvançuk (Ukrayna, 2766) – 0:1

5 turdan sonra turnir cədvəli: Aronyan, Karlsen – 3,5 xal; Rəcəbov, İvançuk, Karuana – 3; Van Veli, Nakamura, Topalov, Gelfand, Qiri – 2,5; Karyakin, Kamski – 2; Həşimov, – 1,5; Navara - 1.

Qeyd edək ki, bu gün baş tutacaq VI turda Həşimov Aronyanla, Rəcəbov Karyakinlə qarşılaşacaq.