18:21 21-01-2012
news_image
1661
DİGƏR NÖVLƏR

Misir Mərdanovun qardaşı federasiya prezidenti seçildi

Yanvarın 21-də Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının akt zalında Azərbaycan Tələbə Futbolu Federasiyasının (ATFF) növbədənkənar konfransı keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə qurumun yeni rəhbərliyi seçilib.

Səsvermə nəticəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin aparat rəhbərinin müavini İlham Mərdanov federasiya prezidenti olub. Təhsil Nazirliyinin aparat rəhbəri İlham Pirməmmədov, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) sədri Nadir Əliyev və "Neftçi" Veteranlar Klubunun prezidenti Oqtay Abdullayev vitse-prezident postunu tutublar. Keçmiş ümumittifaq dərəcəli futbol hakimi Orucəli Durmuşov isə baş katib vəzifəsində qalıb.

Eyni zamanda qurumun 17 nəfərdən ibarət İcraiyyə Komitəsi seçilib.

Qeyd edək ki, ATFF-in sabiq prezidenti Arif Paşayev bir müddət öncə işlərinin çoxluğu ilə əlaqədar istefa verib.