00:01 22-01-2012
news_image

“Baku Fires” pley-offa yüksəldi

Ümumdünya Boks Seriyasının (WSB) 7-ci turunun görüşləri keçirilib. Apasport.az saytının xəbərinə görə, “Baku Fires” “Sərhədçi” Olimpiya İdman Mərkəzində Türkiyənin “İstanbul Bosphorus” komandası ilə qarşılaşıb.

Təmsilçimiz bu dueldə 5:0 hesabı ilə qalib gələrək, aktivinə növbəti 3 xalı yazıb və pley-off mərhələsinə vəsiqəni rəsmiləşdirib.

Komandamızın yer aldığı B qrupunda “Paris United” (Fransa) “Mexico City Guerreros” (Meksika) klubuna 2:3 hesabı ilə uduzub. Digər matçda “Leipzig Leopards” (Almaniya) “Beijing Dragons”u (Çin) qonaq edəcək.

Turnir cədvəli:
1. Baku Fires – 21 xal, döyüşlərin fərqi - 30-5 (7 matç)
2. Mexico City Guerreros – 13, 19-15 (7)
3. Leipzig Leopards – 10, 15-15 (6)
4. Paris United – 8, 11-18 (6)
5. Istanbul Bosphorus – 8, 14-21 (7)
Beijing Dragons – 3, 5-20 (5)