10:49 22-01-2012
news_image
1438
STOLÜSTÜ OYUNLAR

Rəcəbov qovur, Karlsen qaçır

Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə ənənəvi beynəlxalq turnirdə VII turun oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışda ölkəmizin idman şərəfini qoruyan Teymur Rəcəbovla (2773) Vüqar Həşimov (2761) yenə lövhədən 0,5 xalla ayrılıblar.

Rəcəbov qara fiqurlarla Hikaru Nakamuranı (ABŞ, 2759) sınağa çəkib və oyunda heç-heçə alınıb. Lakin Teymur xal itirməsinə baxmayaq, 3-cü pillədəki yerini qoruyub.
Həşimov isə düşdüyü “qara zolaq”dan çıxa bilmir. O, bu dəfə ağ fiqurlarla Fabiano Karuanaya (İtaliya, 2736) qarşı oynayıb və üstünlüyündən yararlanmayıb. Nəticədə Vüqar yenə 14 zəka sahibi arasında 13-cü pillədə qalıb.


VII tur
Sergey Karyakin (Rusiya, 2769) – Veselin Topalov (Bolqarıstan, 2770) - 1:0
Hikaru Nakamura (ABŞ, 2759) - Teymur Rəcəbov (2773) – 0,5:0,5
Maqnus Karlsen (Norveç, 2835) - Boris Gelfand (İsrail, 2739) – 1:0
Qata Kamski (ABŞ, 2732) - David Navara (Çexiya, 2712) – 1:0
Lyuk Van Veli (Hollandiya, 2692) - Aniş Qiri (Hollandiya, 2714) – 0,5:0,5
Vüqar Həşimov (2761) - Fabiano Karuana (İtaliya, 2736) – 0,5:0,5
Vasili İvançuk (Ukrayna, 2766) – Levon Aronyan (Ermənistan, 2805) – 0,5:0,5

7 turdan sonra turnir cədvəli: Aronyan, Karlsen – 5 xal; Rəcəbov – 4,5; İvançuk, Qiri, Nakamura, Karuana – 4; Van Veli – 3,5; Topalov, Karyakin, Kamski – 3; Gelfand – 2,5; Həşimov – 2; Navara – 1,5.

Qeyd edək ki, bu gün baş tutacaq VIII turda Rəcəbov Karlsenlə, Həşimov Qiri ilə qarşılaşacaq.