Həmyerlimiz Praqada çempion oldu
Praqada keçirilən şahmat üzrə beynəlxalq turnirə yekun vurulub. Apasport.az saytının məlumatına görə, 163 zəka sahibinin mübarizə apardığı yarışın qalibi adını azərbaycanlı qrossmeyster Nicat Məmmədov qazanıb.
O, son turda polşalı Marek Vokaça qalib gəlməklə, qızıl medala layiq görülüb. Təmsilçimiz 9 mümkün xaldan 7,5-ni toplayıb.
İkinci yeri tutan Aleksandr Fiyer (Braziliya) də Məmmədov kimi 6 qələbə qazanıb və 3 heç-heçə etsə də, əlavə göstəricilərə görə həmyerlimizdən geri qalıb.