21:50 22-01-2012
news_image
1314
STOLÜSTÜ OYUNLAR

Yalnız Vüqar Həşimov

Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə ənənəvi beynəlxalq turnirdə növbəti turun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, 8-ci yarış günü azərbaycanlı qrossmeysterlər - Teymur Rəcəbov (2773) və Vüqar Həşimov (2761) üçün uğurlu alınıb.

Belə ki, Həşimov Veyk-an-Zeedə ilk qələbəsini qazanıb. O, özü də qara fiqurlarla Aniş Qirini (Hollandiya, 2714) məğlub etməyi bacarıb. Bu cütdən başqa bütün görüşlərdə heç-heçə qeydə alınıb.

Rəcəbov isə turnirin favoriti və dünyanın ən güclüsü Maqnus Karlsenlə (Norveç, 2835) xalları yarı bölüb.

VIII tur
Veselin Topalov (Bolqarıstan, 2770) - Levon Aronyan (Ermənistan, 2805) – 0,5:0,5
Fabiano Karuana (İtaliya, 2736) – Vasili İvançuk (Ukrayna, 2766) – 0,5:0,5
Aniş Qiri (Hollandiya, 2714) – Vüqar Həşimov (2761) - 0:1
David Navara (Çexiya, 2712) – Lyuk Van Veli (Hollandiya, 2692) – 0,5:0,5
Boris Gelfand (İsrail, 2739) – Qata Kamski (ABŞ, 2732) – 0,5:0,5
Teymur Rəcəbov (2773) – Maqnus Karlsen (Norveç, 2835) – 0,5:0,5
Sergey Karyakin (Rusiya, 2769) – Hikaru Nakamura (ABŞ, 2759) - 0,5:0,5

8 turdan sonra turnir cədvəli: Aronyan, Karlsen – 5,5 xal; Rəcəbov – 5; İvançuk, Nakamura, Karuana – 4,5; Qiri, Van Veli – 4; Topalov, Karyakin, Kamski – 3,5; Həşimov, Gelfand – 3; Navara – 2.

Qeyd edək ki, yarışda sabah istirahət günüdür.