10:27 23-01-2012
news_image
1300
STOLÜSTÜ OYUNLAR

Maqnus Karlsen: Azərbaycanlı qrossmeyster elə də iddialı oynamadı

“Mənim debütdən sonra layiqli mövqe aldım. Teymur Rəcəbov isə elə də iddialı oynamadı”. Apasport.az saytının məlumatına görə, bunu norveçli qrossmeyster Maqnus Karlsen deyib.

Dünya reytinqində birinci olan şahmatçı Veyk-an-Zeedə keçirilən beynəlxalq turnirdə də liderlik edir. O, VIII turda həmyerlimiz Teymur Rəcəbovla heç-heçədən sonra deyib ki, oyun zamanı üstünlüyündən maksimum yararlana bilməyib: “Teymur vəziri və topları dəyişdi. Sonra A1 xanasındakı fiquru da götürüb, mənə heç-heçə təklif etdi. Mən imtina etdim. Çünki fikirləşirdim ki, vəziyyətim bir qədər yaxşıdır. Həm də məndə təşəbbüs var idi. Lakin bundan nəsə yararlana bilmədim və nəticədə xalları yarı böldük”.

Karlsenin sözlərinə görə, Rəcəbov onunla görüşdə elə də qətiyyət göstərməyib: “Mən gözləmirdim ki, rəqib iddiasız oynayacaq. Bilirəm ki, Teymur bəzən Reti debütünün bu variantını oynayır. Lakin xüsusilə buna hazırlaşmamışdım. Ümumiyyətlə, belə debütü oynayanda lövhə arxasında özün üçün hər şeyi aydınlaşdırmaq olur”.

Qeyd edək ki, Veyk-an-Zee turnirində 8 oyundan sonra Karlsen 5,5, Rəcəbov isə 5 xal toplayıb.